ARXEOLOJİ ABİDƏLƏR

(yun. archaios - qədim) insanların yaratdığı qədim maddi mədəniyyət abidələri. A.a-ə, əsasən, əmək alətləri, silahlar, məişət şeyləri, insan məskənləri, şəhər və qala xarabalıqları, qaya təsvirləri, torpaq sədlər, sərdabalar, emalatxana qalıqları, qəbirlər, qədim yazılar (daş və s. üzərində), suvarma kanalları, su kəmərləri və s. daxildir. A.a. insan cəmiyyətinin tarixini öyrənir.
AREALŞÜNASLIQ
ARXİPELAQ
OBASTAN VİKİ
Arxeoloji abidələr
Arxeoloji abidələr (yun. archaios — qədim) — keçmişdən bu günə (tarixdən əvvəlki və ya tarixi dövrlər) izlər daşıyan və arxeologiyanın əhatə dairəsinə daxil olan yer və ya yerlərin ümumi adıdır. Arxeoloji abidənin dəqiq sərhədlərini müəyyən etmək üçün arxeoloq adətən həmin yaşayış məntəqəsinin təsir sərhədlərini bilməlidir. Arxeoloji abidələrə, əsasən,insan məskənləri, şəhər və qala xarabalıqları, qaya təsvirləri, torpaq sədlər, sərdabəlar, emalatxana qalıqları, qəbirlər, qədim yazılar (daş və s. üzərində), suvarma kanalları, su kəmərləri və s. daxildir. Arxeoloji abidələr insan cəmiyyətinin tarixini öyrənir. Arxeoloji abidələr ənənəvi olaraq yaşayış yeri və artefaktların mövcudluğuna görə təsnif edilir. Arxeoloji abidələrdə ocaq və ev qalıqlarına tez-tez rast gəlinir. Arxeoloji qazıntılarda heyvan (sümük parçaları) və bitki qalıqları kimi bioloji materiallara da çox rastlanır.
Böyükdüz arxeoloji abidələr kompleksi
Böyükdüz arxeoloji abidələr kompleksi — Kəngərli rayonunda Son Tunc və İlk Dəmir dövrlərinə aid arxeoloji abidələr kompleksi. Böyükdüz arxeoloji abidələr kompleksinə 4 arxeoloji abidə daxildir: I Böyükdüz yaşayış yeri — eyniadlı kəndin cənubunda, Araz çayının sol sahilində yerləşən orta əsrlərə aid yaşayış yeri. II Böyükdüz yaşayış yeri — Köhnə Böyükdüz kəndindən qərbdə, Böyükdüz çaylağının sağ tərəfində yerləşən antik dövr abidəsi. I Böyükdüz nekropolu — eyni adlı kənddən cənub-şərqdə antik dövrə aid arxeoloji abidə. II Böyükdüz nekropolu — I Böyükdüz yaşayış yerinin yaxınlığında, keçmiş sərhəd-gözətçi məntəqəsinin yerləşdiyi təpədə antik dövrə aid arxeoloji abidə.
Sarıbulaq arxeoloji abidələr kompleksi
Sarıbulaq arxeoloji abidələr kompleksi — Şərur rayonunda arxeoloji abidələr kompleksi. Sarıbulaq abidələr kompleksinə 5 tarixi-arxeoloji abidə daxildir: Sarıbulaq yaşayış yeri — orta əsrlərə aid qədim yaşayış yeri. I Sarıbulaq nekropolu — antik dövrə aid nekropol. II Sarıbulaq nekropolu — antik dövrə aid nekropol. Sarıbulaq oba yeri — orta əsrlərə aid arxeoloji abidə. Sarıbulaq yurd yeri — eyni adlı oba yerindən təqribən 5 km cənubda orta əsrlərə aid arxeoloji abidə.
Yurdçu arxeoloji abidələr kompleksi
Yurdçu arxeoloji abidələr kompleksi – Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu Yurdçu kəndi ərazisində yerləşən arxeoloji abidələr kompleksi. Yurdçu arxeoloji abidələr kompleksinə 5 arxeoloji abidə daxildir: Yurdçu yaşayış yeri — Yurdçu kəndindən cənub-qərbdə İlk Dəmir dövrünə aid arxeoloji abidə. Yurdçu dəfinəsi — Yurdçu kəndi ərazisindən tapılmış müxtəlif dövrlərə aid gümüş və miss sikkə dəfinəsi. Yurdçu kurqanları — Yurdçu kəndinin qərbində son antik dövrə aid olan arxeoloji abidə. Yurdçu nekropolu — Yurdçu kəndi yaxınlığında Tunc və İlk Dəmir dövrlərinə aid arxeoloji abidə. Yurdçu sərdabəsi — Yurdçu kəndinin şimal-qərbində yerləşən Dəmir dövrünə aid arxeoloji abidə.
Şahtaxtı arxeoloji abidələr kompleksi
Şahtaxtı arxeoloji abidələr kompleksi – Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndi ərazisində yerləşən arxeoloji abidələr kompleksi. Tanınmış arxeoloq Qəhrəman Ağayev 1979–1987-ci illərdə Şahtaxtı arxeoloji abidələr kompleksində tədqiqatlar aparmış, bu abidənin daha qədim dövrlərə aid olması qənaətinə gəlmişdir. 2007-ci ildən sonra başlayan arxeoloji qazıntılarla onun bu fikri təsdiqləndi. Şahtaxtı arxeoloji abidələr kompleksinə 4 arxeoloji abidə daxildir: Govurqala — Şahtaxtı kəndindən şimal-qərbdə Tunc-İlk Dəmir dövrlərinə aid qala. Şahtaxtı yaşayış yeri — Şahtaxtı kəndi yaxınlığında yerləşən orta əsrlərə aid qədim yaşayış yeri. I Şahtaxtı nekropolu — Govurqaladan şimal-şərqdə yerləşən, Orta, Son Tunc-İlk Dəmir dövrlərinə aid nekropol. II Şahtaxtı nekropolu — Govurqaladan cənub-qərbində yerləşən yerləşən Son Tunc-İlk Dəmir dövrlərinə aid nekropol.
Arxeoloji mədəniyyət
Arxeoloji mədəniyyət — Eyni dövrə aid, özünəməxsus yerli cəhətləri ilə fərqlənən və müəyyən ərazidə cəmlənən arxeoloji abidələrin ümumiliyini bildirən termin. == Haqqında == Arxeoloji mədəniyyət adətən, əmək alətləri, evlərin quruluşu, saxsı məmulatının forma və naxışları, dəfn adətləri və digər əlamətlərə əsasən adlandırılır (məsələn, küp qəbirləri mədəniyyəti, boyalı qablar mədəniyyəti və s.). Arxeoloji mədəniyyət əsasında məhsuldar qüvvələrin və istehsal münasibətlərinin inkişaf səviyyəsi, tayfanın və xalqın tarixi, yayıldığı ərazi və s. mühüm məsələlər öyrənilir. == Azərbaycanda arxeoloji mədəniyyətlər == Azərbaycan üçün Kür-Araz, Boyalı qablar, Xocalı-Gədəbəy, Naxçıvan, Yaloylutəpə, Leylatəpə, Quruçay, Köndələnçay mədəniyyətləri və s. xarakterikdir. == Mənbə == Azərbaycan Sovet Ensiklopediyası. I cild, səh.416.
Arxeoloji turizm
Arxeoturizm və ya Arxeoloji turizm — mədəni turizmin bir növü olub arxeologiyaya olan ictimai marağı təbliğ etmək və tarixi ərazilərin gələcək üçün qorunması məqsədini daşıyır. Arxeoloji turizm arxeologiyanın ictimaiyyətdə təbliği, arxeoloji ərazilərə, muzeylərə, izahat mərkəzlərinə səfərlər, tarixi hadisələrin canlandırılması, yerli əhalinin qədim adətlərinin bərpası, festivallar və teatrlarla əlaqəli bütün məhsulları əhatə edir. Arxeoloji turizm arxeoloji və mədəni irs ərazilərinin təbliği ilə yanaşı, həm də bu ərazilərə onlara zərər vura da bilər və buna görə də bəzən müdaxilə turizminə çevrilmək təhlükəsi yaranır. Arxeoloqlar hesab edirlər ki, turizm keçmişə baxışları və bilikləri təşviq edir. Lakin, arxeoloji obyektlər turizm qurumları tərəfindən idarə olunanda, bilet və suvenir satışlarından daxilolmalar daha böyük əhəmiyyət kəsb etməyə başlayır və sual yaranır ki, ərazini ictimaiyyətə açıq saxlamaqmı daha dəyərlidir, yoxsa qapalı saxlayıb dəyə biləcək zərərlərdən qorumaq. Arxeoloji materiallara vurulan zərər yalnız birbaşa dağıtma, yerdəyişmə, oğurlama şəklində deyil, bəzən də bilavasitə yollarla mümkün olur. Məsələn, düzgün planlaşdırılmamış yol, restoran, mağaza və otel tikintisi sürüşmələrə, sel basqınlarına və torpağın aşınmasına səbəb olur. == İstinadlar == == Xarici keçidlər == ArqueotuR Arxivləşdirilib 2021-01-18 at the Wayback Machine (2010) — arxeoloji turizmin təbliği və yerli inkişaf üçün institusional şəbəkə. Barselona Universiteti tərəfindən koordinasiya olunur.
Arxeoloji qazıntı
Arxeoloji qazıntı — arxeoloji qalıqların üzə çıxarılması, işlənməsi və qeydə alınması prosesidir. Tədqiq olan ərazilər qazıntı sahəsi hesab edilir. Bu yerlər tədqiqat zamanı dəyişilə bilər. Arxeoloji qazıntı prosesi bir neçə həftədən bir ilə qədər davam edə bilər. Arxeoloji qazıntı sahədən əldə edilən informasiyanın bərpasını təmin edir. Bu informasiya artefaktları (qədim insanlar tərəfindən hazırlanmış əşyalar), xüsusiyyətləri, ekofaktları (heyvan sümükləri, kömür və s.) və ən əsası arxeoloji konteksti əhatə edir. Qazıntı prosesi başlamazdan əvvəl, arxeoloji qalıqların mövcudluğu və ya olmaması yerə nüfuz edən radar kimi müdaxilə xarakteri daşımayan uzaqdan məlumat əldə etmə yoluyla müəyyən edilə bilər. Sahənin inkişafı buradan əldə edilən məlumatlarla izlənilə bilər, ancaq bir sahənin daha detallı incələməsi üçün mütləq qazıntı aparılmalıdır. Qazıntı zamanı arxeoloqlar tez-tez stratiqrafik qazıntıdan istifadə edərək sahənin fazalarını bir qat çıxarırlar. Bu, materialın zaman qrafikinin bir-birinə uyğun olmasını təmin edir.
Bəyəhməd abidələr kompleksi
Bəyəhməd abidələr kompleksi — Naxçıvan MR-in Culfa rayonunun Bəyəhməd kəndi ərazisində yerləşən arxeoloji abidələr. == I Bəyəhməd == I Bəyəhməd Culfa rayonunun Bəyəhməd kəndindən şimal – qərbdə Dərəçayın sol sahilində, ilk dəmir dövrünə aid yaşayış yeridir. Abidə dağ silsiləsinin çaya enən yamacındadır. Sahəsi 1500 m² – dir. 1991 – ci ildə qeydə alınmışdır. Abidənin yerləşdiyi ərazidən uzun müddət əkin sahəsi kimi istifadə edildiyindən yerüstü materiallar və ilkin mədəni təbəqə dağılmışdır. Yerin səthində gil qab qırıqlarına, çəhrayı və boz rəngli tuf daşından hazırlanmış dən daşlarına təsadüf edilmişdir. Bəzi qab qırıqlarının üzərinə qara boya çəkilərək yüngülcə cilalanmışdır. Abidədən əldə edilmiş tapıntılar Culfa Tarix-Diyarşünaslıq muzeyində sərgilənir. Abidənin e.ə.
Kükü abidələr kompleksi
Kükü abidələr kompleksi — Şahbuz rayonu ərazisində yerləşən arxeoloji abidələr kompleksi. == I Kükü == I Kükü abidəsi Şahbuz rayonunun Kükü kəndinin girəcəyində, Küküçayın sağ sahilində yerləşən qədim yaşayış yeridir. Abidə iki hündür təpəni və onların ətəyini əhatə edir. I Kükü abidəsinin sahəsi 74 hektardan artıqdır. Abidədə aparılan kəşfiyyat işləri nəticəsində mədəni təbəqənin böyük bir hissəsinin dağıdıldığı aşkar edilmişdir. Yaşayış yerinin bəzi hissələrində uçub – tökülmüş daş yığınlarına təsadüf edilir. Binalar dağın relyefinə uyğun olaraq ensiz səkilərdə yerləşdirilmişdir. Divar qalıqları bəzi yerlərdə 50 m məsafədən izlənilir. Yaşayış yerindən çəhrayı və boz rəngli gil küpələr, kasa və badya qırıqları tapılmışdır. Ərazidə qədim qəbirlərin olması güman edilir.
Maxta abidələr kompleksi
Maxta abidələr kompIeksi - I Maxta və II Maxta abidərindən ibarətdir. I Maxta — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndi ərazisində dəniz səviyyəsində 803 metr yüksəklikdə yerləşən arxeoloji abidə. Araz çayının 2 km-də yerləşən I Maxta qədim yaşayış yeri əkinçilik təsərrüfatı üçün əlverişlidir. Həm Araz çayının yaxınlıqdan keçməsi, həm də Arpaçayın qollarından birinin abidəninin bir tərəfindən keçərək Araz çayına tökülməsi qədim dövrlərdə insanların məskunlaşmaq məqsədilə çox əlverişli yer seçdiklərini sübut edir. II Maxta yaşayış yeri Maxta və Kürkənd kəndləri arasında, I Maxta abidəsindən 1,5 km məsafədə yerləşir. Yaşayış yerinin cənub-qərbindən dəmir yolu xətti, şimalından isə Dəhnə çayı keçir. Yaşayış yerindən yerüstü materiallar: əmək alətləri, ox ucları, keramika məmulatı və s. toplanmışdır. Dövr etibarilə I Maxta abidəsinin materialları ilə eyniyyət təşkil edir. == Tədqiqat tarixi == Maxta abidələr kompleksinə aid edilən I Maxta abidəsində arxeoloji tədqiqatlar ardıcıl şəkildə aparılmışdır.
Nəhəcir abidələr kompleksi
Nəhəcir — Culfa rayonunda eyni adlı kəndin ərazisində və dağın ətrafında yerləşən abidələr kompleksi. Nəhəcir qalası Nəhəcir dağının coğrafi – strateji cəhətdən əlverişli olan hündür və sıldırım qayalı cənub hissəsi üzərindəki yastı sahədə e.ə. II minilliyə — I minilliyin əvvəllərinə aid qaladır. Qala 2001-ci ildə Naxçıvan arxeoloji ekspedisiyası tərəfindən aşkar edilmişdir. Qala ərazisində həmin dövrə aid bazalt daşından hazırlanmış balta, kiçik həcmli daş həvəng – dibək, qara, boz və çəhrayı rəngli qab qırıqları, Nəhəcir qalası ilə həmdövr olan dağıdılmış kurqandan isə e.ə. II minilliyin əvvəllərinə aid monoxrom boyalı gil qablar əldə edilmişdir. Dağın cənub və şərq ətəklərindəki terraslarda iri qaya parçalarından siklop tipli müdafiə səddləri tikilmişdir. Divarların eni 2 – 2,5 m – dir. Qalanı Nəhəcir dağının cənub ətəyindəki düzən sahədə yaşamış və iqtisadi, mədəni cəhətdən inkişaf etmiş qədim tayfalar düşmən basqınlarından müdafiə məqsədi ilə tikmişlər. I Nəhəcir Culfa rayonunun Nəhəcir kəndinin şimal – şərqində Tunc dövrünə aid yaşayış yeridir.
Urud abidələr kompleksi
Urud abidələr kompleksi — Zəngəzur mahalının Qarakilsə (01.03.1940–cı ildən Sisian) rayonunun Urud (03.07.1968–ci ildən Vorotan) kəndi ərazisində yerləşən qədim Azərbaycan - türk tarixi - memarlıq abidələri kompleksi. Kompleksə Urud qalası, Urud qəbirsanlığındakı nadir məzar daş nümunələri və daş stelaları, o cümlədən digər abidələr daxildir. Urud qalası Urud kəndi yaxınlığında yerləşən tarixi türk qalasıdır. Hündür sıldırım qayanın üstündə yerləşən qala üç tərəfdən Bazarçay çayının dərin dərəsi, bir tərəfdən isə divarla əhatələnmişdir. Yerli azərbaycanlı əhali arasında qaladan çaya gizli yolun olması haqqında fikirlər vardı. Qala – qayanın aşağısında təxminən yarım kilometr uzanan böyük bir yaşayış məntəqəsinin qalıqları görünürdü. Urud qalasının adı mənbələrdə 450 – ci il hadisələrindən bəhs edilərkən çəkilir. Qala 1104 – cü ildə Səlcuqlular, 1386 – cı ildə Əmir Teymur, 1407 – ci ildə Qara Yusif tərəfindən fəth edilmişdir. 03. 07.
Çaqqallıtəpə abidələr kompleksi
Çaqqallıtəpə abidələr kompleksi - Şabran rayonu Aygünlü kəndi ərazisində, Bakı-Quba magistral yolunun solunda yerləşən 5 təbii təpədən ibarət abidədir. Abidələr kompleksi Erkən Tunc dövrünə aiddir. Kompleksə daxil olan I Çaqqallıtəpə abidəsi Samur-Dəvəçi su kanalı çəkilərkən güclü dağıntıya məruz qalmışdır. Vaxtilə abidənin sol sahildə qalan hissəsində kiçik sahədə C.Xəlilov tərəfindən kəşfiyyat qazıntısı aparılmışdır. Abidələr kompleksində 2016-cı ildən etibarən S.Aşurovun rəhbərliyi ilə geniş miqyaslı qazıntı işləri aparılmaqdadır. I və II Çaqqallıtəpə yaşayış yerlərində geniş tədqiqatlar aparılmış, III və IV Çaqqallıtəpə abidələrində isə şurf qoyulmuşdur. Hər bir yaşayış yerindən əldə edilən arxeoloji materiallar bir-biri ilə analogiya təşkil edir. Arxeoloji qazıntılar zamanı yaşayış yerlərindən Erkən tunc dövrü - "Kür-Araz" mədəniyyətinin xüsusiyyətlərini özündə əks etdirən xeyli sayda keramika məmulatı, sümük və daş alətlər aşkar edilmişdir. Radiokarbon analizlər nəticəsində abidədə yaşayışın e.ə.2886-2476-cı illəri əhatə etdiyi bəlli olmuşdur. Azərbaycanın şimal-şərq bölgələrində tədqiq edilmiş abidələrdə, xüsusən Şabran rayonu ərazisindəki Çaqqallıtəpə abidələrində memarlıq xüsusiyyətləri müxtəlifliyi ilə diqqəti cəlb edir.
Araz (arxeoloji ekspedisiya)
"Araz" Arxeoloji – Etnoqrafik Ekspedisiyası – AMEA Tarix İnstitutunun Naxçıvan şəhəri yaxınlığında, Araz çayı üzərində SES tikintisi zamanı su altında qalacaq arxeoloji abidələri tədqiq etmək məqsədilə 1968-ci ildə təşkil etdiyi kompleks ekspedisiya. == Fəaliyyəti == Üç dəstədən ibarət olan ekspedisiya hazırda su altında qalmış, böyük tarixi əhəmiyyəti olan Xarabaşəhər, Astabad, Bulqan, Təzəkənd, Qaraçuq, Qızılburun, Qaraxanbəyli, Böyükdüz, Şahtaxtı və digər abidələri tədqiq etmişdir. Azərbaycan mütəfəkkiri Nəiminin vətəni olan Astabad şəhərində, habelə, XIX əsrin əvvəllərində Qacarlar sülaləsindən olan Azərbaycan hakimi Abbas Mirzənin tikdirdiyi Abbasabad qalasında, Ölənşəhr və Muncuqtəpə yaşayış yerlərində qazıntılar aparılmışdır. Astabad şəhər qalıqlarında aparılmış arxeoloji tədqiqatlar nəticəsində şəhərin tarixinə dair bir sıra məsələlər aydınlaşdırılmış və onun yaşayış məskənləri, istehsal mərkəzi aşkara çıxarılmışdır. Xarabaşəhərin Naxçıvan şəhərindən səkkiz km cənubda yerləşən Qaraçuq kəndi yaxınlığındakı qalıqlarında aparılan tədqiqatlar nəticəsində yaşayış evləri, son orta əsrlərin (XIV – XVII əsrlər) təsərrüfat həyatı və mədəniyyətinə aid zəngin faktlar aşkar edilmiş, dəmirçixana, 20 kvadratmetrlik emalatxana, dəmir ərintisi nəticəsində alınmış dəmir pasası, istehsalı başa çatdırılmamış kərənti, oraq, balta, dəhrə və digər əmək alətlərinin hissələri tapılmışdır. Ekspedisiya II Kültəpə yaşayış yerində də tədqiqat işləri aparmış, e.ə. II – I minilliyin əvvəllərinə aid mədəni təbəqələrdən qala divarının bünövrəsi, tikinti qalıqları, sadə və boyalı keramika, daş və sümük alətlər aşkar olunmuşdur.
Azərbaycan Arxeoloji Komitəsi
Azərbaycan Arxeoloji Komitəsi (AAK; Азәрбајҹан Археоложи Комитәси) — Azərbaycan SSR-də tarixi abidələri qeydə almaq, mühafizə etmək və öyrənməklə məşğul olmuş komitə. Azərbaycan Arxeoloji Cəmiyyəti və Abidələri Mühafizə Komissiyasının birləşdirilməsi nəticəsində, 1923-cü ildə yaradılmışdır. Sədri Tağı Şahbazi Simurğ olmuşdur. Akademik Vasili Bartold komitəyə fəxri üzv seçilmişdi. 3 may 1925-ci ildə AAK-ın nizamnaməsi təsdiq olunmuşdur. AAK Abşeron, Lənkəran, Salyan və s. yerlərdə tədqiqat işləri aparmışdı. AAK-ın "Xəbərləri" nəşr olunurdu. 1927-ci ildə Azərbaycanda Asari-ətiqə, İncəsənət və Təbiəti Mühafizə Komitəsinə çevrilmişdir. 1930-cu ildə bu komitə ləğv olunmuş, səlahiyyəti abidələri mühafizə edən Azərbaycan mərkəzi idarəsinə verilmişdir.
Banbhore arxeoloji muzeyi
Banbhore arxeoloji muzeyi və ya Banbhore muzeyi Pakistanın Sind əyalətinin Banbhore adlı məntəqəsində yerləşən arxeoloji muzeydir. Bu muzey 1960-cı il, 21 avqust tarixində Pakistan hökümətinin Arxeologiya və Muzeylər bölməsi tərəfindən yaradılıb. Muzeyin açılış tarixi 1967-ci il, 14 may tarixinə təsadüf edir. 2010-cu ilin may ayında Banbhore məntəqəsi muzeylə birlikdə Sind Hökümətinin Mədəniyyət bölməsinin sərəncamına verildi. == Tarixi == Banbhore muzeyi 2100 ildən çox yaşı olan qədim şəhərin qalıqlarını özündə ehtiva edən qədim yaşayış məntəqəsi və muzeydir. Bu məntəqə Heydərabad dairəsinin Kəraçi şəhərindən 64 km aralıda yerləşir. Bu məntəqə təxminən X əsrdə Bamboo Raca hakimlərinin paytaxtı olub və onların adını daşıyır. Tarixi kitabların əksəriyyətində, eləcə də bəzi tarixçilər, alimlər və arxeoloqlara görə Banbhor Debal tərəfindən tanınıb və adlandırılıb. Bu şəhər islam mədəniyyətinə aid şəhərlərdən biri kimi tanınır, çünki İslam bu subkontinentə məhz Banbhor şəhərindən daxil olub. Bu ərazidə ilkin qazıntılar 1928-ci ildə Macumdar və 1951-ci ildə Alkok tərəfindən aparılıb.
Göytəpə Arxeoloji Parkı
Göytəpə (ing. Goytepe) — Gəncə-Qazax bölgəsində ən iri arxeoloji abidələrindən biri olan Göytəpə qədim yaşayış yeri (neolit kəndi) Kür çayının sağ sahilinin orta axarında, Tovuz şəhərindən 10 km şərq tərəfdə yerləşir,Qovlar şəhəri ərazisində yerləşir == Göytəpə Arxeoloji Parkı == Neolit dövrünə aid olan Göytəpə qədim yaşayış yeri digər neolit dövrünə aid təpələrin (Hacıəlləmxanlı, Hüseynqulu. Qarğalartəpə, Töyrətəpə) əhatəsində olub, bu günümüzədək ən yaxşı vəziyyətdə qalmış abidələrdən biridir. Göytəpə q.y.y. Kiçik Qafqaz sıra dağlarının şərq hissəsinin arealına daxildir. Abidə magistral yoldan 340 metr aralıda olub 2 hektara yaxın ərazini əhatə edir. Onun diametri 145 metr, hündürlüyü isə 9 metrdir. Araşdırmalara əsasasən əldə olunan nəticələr Göytəpə qədim yaşayış yerinin, Azərbaycanda və ümumən Cənubu Qafqazda e.ə. VI minilliyə aid son neolit dövrünün inkişaf etmiş mərhələsini əks etdirən erkən kəndlərdən olduğunu təsdiq edir. == Arxeologiya == 2008-ci ildə tanınmış Azərbaycan arxeoloqu professor, AMEA-nın müxbir üzvü İdeal Nərimanovun yetirməsi olan tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev Göytəpə qədim yaşayış yerində əsaslı arxeoloji qazıntılara başlamışdır.
Kernave arxeoloji bölgəsi
Kyarnave (lit. Kernavë) – Litvada yerləşən və 10000 il əvvələ aid insan izləri aşkarlanan YUNESKO-nun Dünya irsi siyahısına daxil olan arxeoloji bölgə, qədim şəhər. == Tarixi == === Roma İmperiyası dövründə === Şimalı Litvada paytaxt Vilnüsdən 35 km məsafədə yerləşən Kyarnave arkeoloji bölgəsi 194,4 hektarlıq böyüklüyü ilə bu bölgədə insan məskunlaşmasının 10.000 illik tarixinə şahidlik etmiş bir bölgədir. Bəzı arxeoloqlar tərəfindən Litvanın Troyası olaraq adlandırılan bölgə Xristianlıq dövrü əvvəli haqqında vacib məlumatlar verməkdədir. Burada ilk yaşayış izləri e.ə IX əsrdə Payauta vadisindəki Neris çayı sahilində tapılmışdır. Xristianlığın ilk dövrlərində Baltik bölgəsi insanları üçün qızıl dövr olaraq xatırlanmaqdadır. Bataqlıqdan çıxarılan dəmir, əkin və heyvandarlığın inkişafı əhalinin də artmasına səbəb olmuş, IV əsrə qədər Payauta vadisindəki yaşayış yerlərinin sayı daima artmıştır. Roma dövrünün sonunda baş verən böyük köçlə birlikdə Aukuro Kalnasdaki yaşayış yerləri köçənlər tərəfindən yandırılmış və Payauta vadisi tərk edilmişdir. İqlimin sərtləşməsi ilə bərabər yeraltı sularının da ortaya çıxması bölgədə yaşayışı imkansız hala gətirmişdir. === Orta əsrlərdə === XIII əsrdə feodal bəylərin bölgədə qalalar qurması ilə bir zamanlar tərk edilmiş olan Payauta vadisi yenidən hərəkətlənməyə başladı.
Mahidaşt (arxeoloji abidə)
Mahidaşt — İran və ya İran İslam Respublikası ərazisində Kirmanşah şəhəri yaxınlığında Mərkəzi Zaqrosun dağlıq düzənliklərində yerləşən arxeoloji abidə.
Mingəçevir arxeoloji kompleksi
Mingəçevir arxeoloji kompleksi — ilkin bürünc (e. ə. III minillik) - son orta əsrlərə (XVII əsr) aid olan Bozdağ silsiləsinin cənub ətəklərində Kür çayının hər iki sahilində yerləşən arxeoloji abidə. Cənubi Qafqazın ən iri arxeoloji abidələrindən biri. Dörd yaşayış yerindən və dörd iri qəbiristanlıqdan ibarətdir. İlk dəfə burada 1871-ci ildə həvəskar arxeoloq Fridrix Bayern tərəfindən səthi tədqiqat işləri aparılmışdır. Bayern Mingəçeviri dirəklər üzərində qurulmuş şəhər kimi təsvir etmişdir. Bundan sonra Mingəçevir uzun illər arxeloqların diqqət mərkəzində olmamışdır. Yalnız 1935-ci ildə professor Yevgeni Paxomovun rəhbərliyi altında qazıntılara başlanmış, iki qədim yaşayış məskəni və müxtəlif qəbir növləri aşkar edilmişdir. Mingəçevir ərazisinin sistemli və planlı tədqiqi Böyük Vətən Müharibəsindən sonra burada Su-elektrik stansiyasının tikintisi ilə əlaqədar Respublika EA-nın Rəyasət Heyətinin qərarı ilə 1946-53-cü illərdə mərhum tarixçi-alim Saleh Qazıyevin rəhbərliyi altında Bozdağ silsiləsinin cənubunda, Kür çayının hər iki sahilində aparılmış və daha 2 yaşayış yeri və 4 böyük qəbristanlıq aşkar edilmişdir.
Tiya (arxeoloji ərazi)
Tiya — mərkəzi Efiopiyada arxeoloji ərazidir. Əddis-Əbəbədən cənubda yerləşən Quraqe zonasındadır. Tiya Efiopiyanın Soddo bölgəsində yerləşir. Arxeoloji yeri, UNESCO-nun Ümumdünya İrsi ərazisi, böyük daş sütunları ilə diqqət çəkən bir çox formalaşmaya sahibdir. 32-si üzərində müəmmalı simvollar həkk olunmuş menhirlər ibtidai icmaya aid böyük bir məzarlıq kompleksini qeyd edir. Alman etnoqrafik ekspedisiyası 1935-ci ilin aprel ayında əraziyə baş çəkmiş və bir saatlıq səyahət zamanı üzərində qılınc simvolu olan daş monolitləri tapmışdır. Arxeoloji sahə 1980-ci ildə Ümumdünya irsi siyahısına daxil edilmişdir. Tiyada az araşdırma aparılmışdır və bu tip yerləri arxeoloji baxımdan anlamaqda bir sıra çətinliklər var. Birincisi meqalit qurucularının kimliyini müəyyənləşdirmək çətindir. İkincisi arxeoloqlar şifahi tarixi hesablar vasitəsilə etnik tarixlərin yenidən qurulması ilə məşğuldurlar, lakin bunlar bir çox hallarda əlçatmaz və ya məlumatsızdır.
Şərifan (arxeoloji abidə)
Şərifan yaşayış yer — Zəngilan rayonu ərazisində qədim şəhər xarabalığı. Şərifan şəhər yeri Həkəri çayının sağ sahilində, onun Araz çayına töküldüyü yerin yaxınlığında, Zəngilan rayonunun Şərifan kəndindən şimal-qərbdə yerləşir. Düzbucaqlıya yaxın plan quruluşuna malik ş əhər yeri təxminən 9 hektar sahəni əhatə edir. Şəhər xarabalıqları bir tərəfdən dağla, digər tərəfdən isə çay ilə hüdudlanır. Abidənin ərazisinin şimal-qərb sərhədində, təpə üzərində XIV əsrə aid türbənin qalıqları vardır. 1974-cü ildə Şərifan şəhər yerinin mərkəzində iki sahədə aparılan arxeoloji qazıntılar orada mədəni təbəqə yatımının qalınlığının 3 m-ə çatdığını göstərmişdir. Üzə çıxarılan tikili qalıqları arasında bişmiş kərpicdən inşa olunmuş hamam kompleksi diqqətəlayiqdir. 1979-cu ildə şəhər yerində daha iki sahədə geniş qazıntılar aparılmış və abidə ərazisində 6 yerdə yoxlama qazıntıları qoyulmuşdur. Şimal yamacda 144 kv.m-lik ərazini əhatə edən, şərti olaraq III qazıntı adlanan sahədə mədəni təbəqə yatımının qalınlığının 2-2,75 m olduğu müəyyənləşdirilmişdir. Aparılmış qazıntılar nəticəsində yaşayış evlərinin bünövrələri, çəltik anbarı, təndirlər və külli miqdarda məişət əşyaları aşkara çıxarılmış, metalişləmə istehsalı ilə bağlı qalıqlar qeydə alınmışdır.
Abidələr danışır (film, 1964)
Abidələr danışır qısametrajlı sənədli filmi rejissor Rasim Ocaqov tərəfindən 1964-cü ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film tarixin daş yaddaşı olan Azərbaycan abidələrindən söhbət açır. == Məzmun == Film tarixin daş yaddaşı olan Azərbaycan abidələrindən söhbət açır.
San Aqustin Arxeoloji Parkı
San Aqustin Arxeoloji Parkı — San Aqustín Arxeoloji Parkı, Kolumbiyanın Huila şöbəsindəki San Aqustin şəhəri yaxınlığında yerləşən böyük bir arxeoloji ərazidir. Park Latın Amerikasında ən böyük dini abidələrin və meqalit heykəllərinin kolleksiyasını özündə birləşdirir, dünyanın ən böyük nekropolu hesab olunur. Sahə qədim San Aqustin mədəniyyətinə aid Kolumbiyadan əvvəlki arxeoloji yerləri ilə çox məşhurdur. İndi həm Kolumbiyalı, həm də xarici vətəndaşların çox olması səbəbiylə iqtisadiyyata əhəmiyyətli gəlir gətirən "San Aqustín Arxeoloji Parkı" kimi tanınır. San Aqustin mədəniyyətinə aid olan bu ərazi 1995-ci ildə YUNESKO tərəfindən dünya mirası elan edilib. Heykəllərin tarixləri bəlli deyil, lakin eramızın 5–400 arasında oyulduğuna inanılır. Ərazinin çox hissəsi kəşf edilmədiyi üçün oyma maşınlarının mənşəyi sirr olaraq qalır. Burada il ərzində orta temperatur 18 ° C olur. San Aqustinin əsas arxeoloji parkından əlavə olaraq, daha iki müstəqil yer, İdnların Hündürlüyü (Alto de los Ídolos) və Daşların Hündürlüyü (Alto de las Piedras) də var. Onlar San Aqustindən bir neçə kilometr aralıda Isnos bələdiyyəsində yerləşir.

Digər lüğətlərdə